Qulaqda küy və səs 2 səbəbdəndir – Beyinə diqqət

  • 2023.12.26 18:44
  • 1065 Baxış
Qulaqda küy və səs 2 səbəbdəndir  – Beyinə diqqət

Tinnitus – qulaqda küy, fit səsi son zamanlar hər 10 nəfərdən 4-də rast gəlinən şikayətdir.


“Medicina” xəbər verir ki, otolorinqoloq Vladimir Zayçev qulaqda küyün mümkün səbəblərini açıqlayıb.

“Bu küyün sadə səbəbi stess və yorğunluq, tükənmə ola bilər. Digər səbəbi beyin qan dövranı pozğunluğu və beyin xəstəlikləridir.

Əgər insanda artıq belə şikayət varsa, keçib gedəcəyini düşünmədən artıq mütəxəssisə müraciət etməlidir.

Çox zaman belə xəstələrdə özü də bilmədən arterial təzyiq sıçramaları, “oynaması”, artıb-azalması baş verir.

Bu zaman damarların daralması səbəbindən qulaqlarda qan dövranı azalır, spazm verir, hissiyat baş verir.

Qulaqda küy çox güclü sinir və psixoloji gərginliyi, xroniki yorulma, sönmə sindromunda olur.
Bəzən isə beynin özünün xəstəliyi, hətta xərçəngində də qulaqda küy olur.

Qulaqda fit, qatar səsi kimi səs beyin şişlərində olur, bu zaman MRT olunur.

Ona görə xəstə həm onkoloji, həm nevroloji yoxlanmalıdır”.

Aygün Musayeva