"Qurdlu maska" iddialarına mütəxəssisdən açıqlama - FOTOLAR

  • 2021.04.06 14:43
  • 1945 Baxış
"Qurdlu maska" iddialarına mütəxəssisdən açıqlama -  FOTOLAR
Sosial mediada isti su buxarına tutulan maskadan qurdlar çıxması iddialarına mütəxəssislər qarşı çıxıblar.

Medicina.az xəbər verir ki, bir neçə gündür sosial mediada maskalardan qurd çıxması ilə bağlı videolar paylaşılır. Əslində isə cərrahi maska dediyimiz 'meltblown' maskaların içərisində polimerlər yəni plastiklər olur.

Mikro ölçüdəki plastik parçalar istiyə məruz qaldıqda deformasiyaya uğrayır. Deformasiya olduğu anda isə qurda bənzər bir görünüşə sahib olur və hərəkət edir halında olur.

Türkiyəli mütəxəssis Aytaç Karadağ bununla bağlı açıqlama verib:


“Əslində bu bir biokimyəvi müddətdir. Normalda bu cərrahi maskalarda yüksək isti ilə birlikdə hidrostatik bir yük yüklənir. Bu yüklə birlikdə də maskanın içərisində polimer liflərin şəffaf olanlarını görə bilmirik. Amma fərqli tip olanları çox rahatlıqla görmək mümkündür. Nano-qurd dediyimiz əslində lif parçalarıdır. Bu bütün maskalarda ola bilər. Pambıq lifli olan maskalarda isə olmur. Amma normalda polimer liflərlə birlikdə olan, yeni texnoloji, qoruyuculuğu çox olan maskalarda isti hava ilə birlikdə hidrostatik bir yük yüklənir və buna bağlı olaraq da bu polimer liflər ortaya çıkır. Dəqiqliklə deyə bilərəm ki, bu yüksək istilikdə su buxarı ilə olur. Bizim nəfəsimizlə su buxarı olmur. Normal həyatda, gündəlik istifadəmizdə bu liflərin yaranması mümkün deyil. Onsuzda bunlar normal bildiyimiz polimer lifləridir. Bioloji bir canlıdan da söhbət gedə bilməz".