"Quş qripi" geri dönür: Belçika və Norveçdə aşkarlandı

  • 28 Noy 2020 12:55
  • 395 Baxış
"Quş qripi" geri dönür:  Belçika və Norveçdə aşkarlandı

Belçika və Norveçdə quş qripinin yayılması qeydə alınıb.

“NRK”nın məlumatına görə, infeksiya Norveçin Ruqaland bölgəsində vəhşi quşda aşkarlanıb.

Norveç Qida Təhlükəsizliyi İdarəsinin Heyvan sağlamlığı şöbəsinin rəhbəri Ole-Herman Tronderud sakinləri ölü quşların tapılması barədə məlumat verməyə çağırıb. Bu onlarda infeksiyanın olub-olmamasının yoxlanılması üçün lazımdır.

“İnsanların yoluxma riski çox aşağıdır”, — deyə məmur vurğulayıb.

Həmçinin Belçikada quş qripinin yayılması qeydə alınıb. “Reuters”in məlumatına görə, Fransa ilə həmsərhəd Menen şəhərində virusdan 600-ə yaxın quş ölüb. Daha 151 min quş infeksiyanın yayılmasına qarşı mübarizə çərçivəsində məhv edilib.