Ramazanda özünü halsız hiss edənlərin nəzərinə!

  • 2024.03.29 15:30
  • 527 Baxış
Ramazanda özünü halsız hiss edənlərin nəzərinə!
Ən şəfalı qidalardan biri olan bamyanın Ramazan ayında hiss edilən halsızlıq və yorğunluq problemlərinə birbaşa fayda verdiyi məlum olub.Mütəxəssislər yeməklərdə istifadə edilən bamyanın immuniteti gücləndirdiyini və yorğunluq problemini aradan qaldırdığını bildirirlər.

Medicina.az bamyanın istehlak edildiyi andan etibarən orqanizmə göstərdiyi müsbət təsirləri təqdim edir:


Gümrah hiss etdirir

Araşdırmalar göstərib ki, bamya tərkibindəki komponentlər sayəsində səhərlər gümrah oyanmağa səbəb olur.


Yüksək miqdarda lif ehtiva edir

Həzm sistemi üçün çox vacib bir qida olan bamya liflə zəngindir. Lif həzm sisteminin nizamlı işləməsini təmin edir və qəbizlik ehtimalını aradan qaldırır.


Minerallarla və antioksidantlarla zəngindir

Kalorisi az olan bamya buna baxmayaraq, vitamin və minerallarla çox zəngindir. Xüsusilə sağlam qidalanmaq istəyənlər üçün ən ideal qidalardan biridir. Bamyadan hazırlanan yemək gündəlik kalori ehtiyacının aşılmasının qarşısını alır və orqanizmin ehtiyac duyduğu vitaminlərlə mineralları təmin edir.


Qan şəkərini tənzimləyir

Bamya qan şəkərini tarazlaşdırmağa kömək edir və gün ərzində qanda şəkərin qəfil dəyişməsinin qarşısını alır, beləliklə şəkərli diabet riskini azaldır.


İmmunitet sistemini gücləndirir

Tərkibində C vitamini olan bamya antioksidantlarla da zəngindir. Bamya immunitet sistemini gücləndirir və xəstəliklərdən qoruyur.


Sümükləri möhkəmləndirir

Tərkibində sümük sağlamlığı üçün vacib vitaminlər və minerallar var. Kalsium, maqnezium və C vitamini ilə zəngindir. Bunlar sümükləri gücləndirir və osteoporoz riskini azaldır.


Xərçəngdən qoruyur

Bamya antioksidanlarla zəngin olduğu üçün xərçəngə qarşı qoruyucu təsirə malikdir. DNT zədələnməsinin qarşısını alan bu tərəvəz toksinləri və xərçəngə meylli hüceyrələri zərərsizləşdirir.


Xolesterini azaldır

Həll olunan liflə zəngin olan bamya xolesterin problemini aradan qaldırır. Xolesterin səviyyəsinin aşağı olması ürək-damar sağlamlığı üçün çox əhəmiyyətlidir.


Göz sağlamlığını dəstəkləyir

Bamyanın göz sağlamlığını qoruması tərkibindəki A vitaminindən qaynaqlanır. Bu tərəvəz göz xəstəlikləri riskini xeyli azaldır.


Aysel