Ramazanda susuzluqdan əziyyət çəkməmək üçün 7 qayda

  • 2024.03.14 10:00
  • 550 Baxış
Ramazanda susuzluqdan əziyyət çəkməmək üçün  7 qayda
Ramazan ayında susuzluq hissinin qarşısını almaq mümkündür.

Medicina.az xəbər verir ki, bunun üçün mütəxəssislərin 7 tövsiyəsinə əməl etmək kifayətdir.

Həmin tövsiyələri təqdim edirik:

1. İmsakda çox su içməyin.

Bunun əvəzinə iftar və imsak arasında çox su içmək daha məqsədəuyğundur. Suyuq ilıq halda içmək lazımdır.

2. Duzu azaldın.

Turşu və duzlu balıq kimi qidalardan uzaq durum. Belə qidalar mədənin turşuluğunu və bədənin maye ehtiyacını artırır. Susuzluq hissini artıran ədviyyatlardan da uzaq durmağa çalışın.

3. Meyvə yeyin.

İmsak zamanı meyvə yemək tövsiyə olunur. Uzun müddət bağırsaqlarda qalan, aclıq və susuzluq hisslərini azaldan, tərkibində lif və su olan meyvələr işinizi asanlaşdıracaq.

4. Kofeinli içkiləri menyudan çıxarın.

Kofedən, çaydan, sərinləşdirici içkilərdən, eləcə də tərkibində kofein olan hərhansı bir maye və qidadan uzaq durun. Çünki bunlar sidikqovucu xüsusiyyətlərə malikdir. Yəni orqanizmin tez su itirməsinə səbəb olurlar.

5. Tərəvəz yeyin.

Xiyar, pomidor kimi tərəvəzlər susuzluğu yatırır və bədəni sərinləşdirir. Bu cür kalorisi az, su miqdarı çox tərəvəzlər əsəb gərginliyini aradan qaldırır. Tərəvəzlərin tərkibində həzmi asanlaşdıran, toksinləri çıxaran və bağırsaqları təmizləyən liflər var ki, onlar sayəsində Ramazan ayını daha rahat keçirmək mümkündür.

6. İmsakı gecikdirin.

Gündüz susuzluğa tab gətirmək üçün imsakı mümkün olduğu qədər təxirə salın.

7. Şirniyyat yeməyin.

Orqanizmin susuzlaşmasının qarşısını almaq üçün qida rasionunda şirniyyatların miqdarı azaldılmalıdır.


Aysel