Ramin Bayramlı bu vəzifəsindən də AYRILDI

  • 24 Sen 2021 16:18
  • 446 Baxış
Ramin Bayramlı bu vəzifəsindən də  AYRILDI
Bu ayın əvvəlində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə heyətinin sədri vəzifəsindən istefa verən Ramin Bayramlı Azərbaycan Tibb Universitetindəki (ATU) işindən də ayrılıb.

Medicina.az xəbər verir ki, bu barədə ATU-nun mətbuat katibi Günel Aslanova məlumat verib.

G.Aslanova qeyd edib ki, R.Bayramlının ATU ilə bağladığı müqavilənin müddəti başa çatıb:

“Ramin Bayramlı Azərbaycan Tibb Universitetində əvəzçilik müqaviləsi əsasında çalışırdı. Yeni müqavilə üçün müraciət etməyib. Hazırda bizim işçimiz deyil”.(modern.az)


Ramin Bayramlı bu vəzifəsindən də  AYRILDI