Rayon xəstəxanaları büdcəsində ciddi fərq – Niyə bir rayona çox, digərinə az ayrılıb?

  • 2019.11.25 18:16
  • 2846 Baxış
Rayon xəstəxanaları büdcəsində ciddi fərq –  Niyə bir rayona çox, digərinə az ayrılıb?
Səhiyyə xərclərində ciddi problemlər var, xüsusən rayonlararası fərqlər kəskin seçilir və səbəbini tapmaqda çətinlik çəkirik.


Bu sözləri tanınmış iqtisadçı ekspert Rövşən Ağayev Hesablama Palatasının rayon xəstəxanalarında 2015-ci ildə keçirdiyi audit nəticələrini təhlil edərkən bildirib. 


Medicina.az xəbər verir ki, Rövşən Ağayev bu məsələyə belə toxunub:


"Deməli, 2015-ci ildə Sabirabad mərkəzi xəstəxanasına rayon əhalisinin hər nəfəri hesabı ilə 1.15 manat dərman xərci ayrılıb. Bu göstərici Ağcabədi üzrə 3.7 manat, Masallı üzrə 0.8 manat təşkil edib. Yaxud 2015-ci ildə Sabirabad mərkəzi xəstəxanasına rayon əhalisinin hər nəfəri hesabı ilə 0.88 manat ərzaq xərci ayrılıb. Bu göstərici Ağcabədi üzrə 0.8 manat, Masallı üzrə 0.31 manat təşkil edib. Bu fərqi izah edən əsaslı cavablar olmalıdır. Yoxdursa, demək ki, xərcləmələrdə ciddi problem olub. 


Təkcə səhiyyə xərclərinin timsalında rayonlararası fərqlərə diqqət edirsinizmi? İctimai maliyyə şəffaflığı, maksimum informasiya açıqlığı ona görə lazımdır ki, vətəndaş, media və sivil toplum həmişə səlahiyyət sahiblərinə "niyə" sualını verə bilsin”.

Rayon xəstəxanaları büdcəsində ciddi fərq –  Niyə bir rayona çox, digərinə az ayrılıb?