Rayonlara gediş-gəliş açılır? - Qərargah qərar verdi - YENİLƏNİB

  • 2020.08.03 17:17
  • 4175 Baxış
Rayonlara gediş-gəliş açılır?  - Qərargah qərar verdi - YENİLƏNİB
Regionlara gediş-gəliş məsələsi hələ gündəmdədir.

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Operativ qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, bu məsələnin həlli ilə bağlı müzakirələr davam edir.

Saat 16:51
Operativ Qərargah rayonlara gediş-gəlişin açılmasını gözləyənləri məyus edib.

Qərargahdan verilən məlumata görə, xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu şəhər və rayonlara giriş-çıxış və ölkənin digər şəhər və rayonlarından yerustü və hava nəqliyyatı ilə sərnişin daşımaların dayandırılması (Naxçıvan Muxtar Respublikası istisna olmaqla) qüvvədə qalır.

Qeyd edək ki, 31 avqust saat 00:00-dək Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərləri və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonlarnda sərtləşdirilmiş xüsusi karantin rejimi aşağıdakı şəhər və rayonlarda tətbiq olunacaq.

Həftəsonları qeyd olunan tarixlərdə bütün ictimai nəqliyyatın hərəkəti qadağandır:

8 avqust saat 00:00-dan 10 avqust saat 06:00-dək;

15 avqust saat 00:00-dan 17 avqust saat 06:00-dək;

22 avqust saat 00:00-dan 24 avqust saat 06:00-dək;

29 avqust saat 00:00-dan 31 avqust saat 06:00-dək.