Bu şəxslərə pomidor yemək qadağandır - ZƏRƏRLƏRİ

  • 29 Aprel, 2019
  • 67314 Baxış
Bu şəxslərə pomidor yemək qadağandır - ZƏRƏRLƏRİ

Pomidordan bir çoxumuz gündəlik həyatımızda istifadə edirik. Bu tərəvəz isə bəzi şəxslərə xeyirdən çox ziyan verir. 

Medicina.az pomidorun kimlərə zərərli olduğu barədə materialı təqdim edir: 

1. Allergiya 

Pomidor allergiyasına tez-tez rast gəlinir.  Onun tərkibində olan histamin maddəsi allergik reaksiyaya səbəb ola bilər.

2. Mədə yanğısı 

Təzə pomidor bağırsaq turşuluğunu artırır. Bu isə mədədə daha çox turşunun sintez olunmasına səbəb olur. 

3. Böyrək problemi 

Pomidorun tərkibində olan kalium səbəbindən xroniki böyrək xəstələri bu tərəvəzdən imtina etməlidirlər. 

4. Qıcıqlanmış bağırsaq sindromu 

Təzə pomidor qıcıqlanmış bağırsaq sindromuna səbəb olur. Onun qabığı və tumları isə köpmə və digər həzm problemləri yaradır. 

5. Qarın ağrısı 

Pomidorun tərkibində olan turşuluq səbəbindən diareya yarana bilər. 

6. Natrium artıqlığı 

Pomidorun tərkibində bol miqdarda kalium var. Bu maddə ürək-damar sistemi xəstəliklərinə və qan təzyiqinin yüksəlməsinə səbəb olur. 

7. Likopenodermiya 

Pomidorun tərkibində likopen maddəsi var ki, bu maddə dərini cavan və gözəl saxlayır. Amma bu maddənin artıqlığı əks təsir yaradır. Nəticədə dəri qırmızı, narıncı rəng alır. 

8. Diz ağrısı 

Pomidorun tərkibində olan histamin maddəsi oynaqlarda problemə səbəb olur. Belə ki, bu maddə bədəndə sidik turşusunun yığılmasına səbəb olur ki, nəticədə də podaqra və artrit kimi xəstəliklər meydana çıxır. 

9. Respirator problemlər 
Araşdırmaya görə, pomidordan çox istifadə nəfəs darlığına səbəb ola bilər. Bu. əsasən də astma və ağciyər problemi  olan insanlara aid edilir. 

10. Miqren
Pomidor pis əhval-ruhiyyə, baş ağrısı və hətta ürəkbulanmaya səbəb olur. Bunun səbəbi pomidordan həddən çox istifadənin sinir sisteminin və baş beyinin işini pozmasıdır.