Dünyadakı çaylar antibiotiklə çirklənib - ALİMLƏRDƏN SOS

  • 28 May, 2019
  • 2835 Baxış
Dünyadakı çaylar antibiotiklə çirklənib - ALİMLƏRDƏN SOS

Yeni qlobal araşdırmalar göstərib ki, Yer üzündə mövcud yüzdən çox təbii çaylarda- Tirqdən tutmuş Temzaya kimi sularında yüksək səviyyədə təhlükəli antibiotik qalıqları var.

Buna görə də suda yaşayan bir çox bakteriyalar antibiotikə davamlılıq qazanır, sonradan onların müalicəsi effekt vermir.
Medicina.az xəbər verir ki, Britaniya universitetinin professoru Vilyam Qeyz bildirib ki, insanda rast gəlinən çox patogenlər ətraf mühitdən keçir. Və bir çox genlər artıq dərmana davamlıdır. Ona görə onları insanda müalicə etmək mümkün olmayacaq.

Bəs antibiotiklər  çaylara necə düşür? Onlar insan və heyvan ifrazatı, eləcə də farseptik zavodların təmizləmə sistemlərindən təbii mənbələrə sızır. 
Çaylarda, xüsusən Avropa çaylarında ciddi infeksiyaların müalicəsində istifadə olunan antibiotiklər aşkarlanıb.

Dunay çayından götürülən nümunədə 7 növ antibiotik, həmçinin klaritromisin adlı dərmanın izləri aşkarlanıb. Bu antibiotikin miqdarı çayda normadan 4 dəfə çoxdur. 

Avropanın ən təmiz çayı sayılan Temzada 5 antibiotik qalığı var. Dəri infeksiyalarının müalicəsində istifadə edilən siprofloksasin adlı dərman 3 dəfə çoxdur. 
Alimlər hesab edir ki, belə çirklənmə nəinki ətraf mühit və balıqlar, həmçinin insan üçün təhlükəli nəticələrə səbəb olacaq. 

Banqladeş çaylarında metrinidazolun miqdarı 300 dəfə çox idi, bu dərman vaginal infeksiyaların müalicəsində tətbiq olunur. 

Çaylara axan suların düzgün utirilizasiya olunmaması suda yaşayan canlıları məhv edə bilər. Belə çaylarda, göllərdə tutulan balıq və dəniz məhsulları da artıq insan orqanizmi üçün faydalı hesab edilə bilməz.