Göyərtidən kütləvi zəhərlənmə - 44 nəfər xəstəxanalıq oldu

  • 2019.11.04 16:19
  • 1519 Baxış
Göyərtidən kütləvi zəhərlənmə -  44 nəfər xəstəxanalıq oldu

İstanbulda kütləvi zəhərlənmə baş verib.


Medicina.az  xəbər verir ki, bu səbəbdən Esenyurt rayonunda 44 nəfər xəstəxanaya yerləşdirilib. Qeyd olunur ki, zəhərlənməyə bazarlarda satılan ispanağa bənzər göyərti səbəb olub.


Məlumata görə, zəhərlənənlərin hamısı Türkiyə vətəndaşlarıdır, bəzilərinin vəziyyəti ağır olaraq qiymətləndirilir.