Oqtay Şirəliyev Cəlilabadda vətəndaşları qəbul edib - FOTO

  • 2019.11.08 12:29
  • 3416 Baxış
 Oqtay Şirəliyev Cəlilabadda vətəndaşları qəbul edib -  FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən dövlət orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu davam etdirir. Qəbul zamanı vətəndaşların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll istiqamətində tədbirlər görülür.

Medicina.az xəbər verir ki,  səhiyyə naziri Oqtay Şirəliyev qəbul cədvəlinə uyğun olaraq Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında Cəlilabad və Biləsuvar rayon sakinlərini qəbul edib. Vətəndaşların sağlamlıq problemləri, işlə təminat və s. məsələlərlə bağlı müraciətləri dinlənilib.

Vətəndaşların müraciətində qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılıb, onların bəziləri yerində həllini tapıb.

Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər aidiyyəti üzrə çatdırılması üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.