Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Xəstə anasına görə onkoloq həkimi şantaj etdi

  • 2025.06.30 16:14
  • 95 Baxış
 Xəstə anasına görə onkoloq həkimi şantaj etdi


Lənkəran Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilən Taleh Xankişiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Medicina.az xəbər verir ki, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə T.Xankişiyev 7 il azadlıqdan məhrum edilib.

İttihama görə, T.Xankişiyevin bacısı onkoloji xəstə olub və Şirvan Şəhər Mərkəzi Xəstəxanasında mütəmadi müalicə alıb. Xəstənin övladı xəstəxananın onkoloq-həkimindən xahiş edib ki, anasının müalicəsi üçün lazım olan dərmanları alıb müalicəni həyata keçirsin, həmin dərmanların pulunu ödəyəcək.

Həkimlə xəstənin oğlu arasında razılıq əldə olunub və onkoloq həmin dərmanları şəxsi vəsaiti hesabına alaraq xəstəni müalicə edib. Xəstə həmin dərmanların pulunu həkimə verərkən T.Xankişiyev videoçəkiliş aparıb və sonradan həkimi şantaj edib, ondan hədə-qorxu ilə 5 min manat tələb edib. Həkimdən pulu ala bilməyən T.Xankişiyev həmin videonu sosial şəbəkədə paylaşıb.

Faktla bağlı cinayət işi başlanıb və T.Xankişiyev saxlanılıb.