Reanimasiyada olan COVID-19 xəstələrinin sayı açıqlandı

  • 2020.09.08 17:12
  • 2445 Baxış
Reanimasiyada olan COVID-19 xəstələrinin sayı  açıqlandı

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) sentyabrın 8-nə olan məlumata əsasən, reanimasiyada və süni tənəffüs aparatında olan koronavirus xəstələrinin sayını açıqlayıb.

Medicina.az xəbər verir ki, hazırda xəstələrin 135-i reanimasiyadadır. 12 xəstə isə süni tənəffüs cihazına qoşulub.

Ümumilikdə 2 040 xəstənin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Qeyd edək ki, Azərbaycanda koronavirusa yoluxanların sayı 37 557 nəfərə, sağalanların sayı 34 965 nəfərə, vəfat edənlərin sayı isə 552 nəfərə çatıb.