Reanimasiyada olan COVID-19 xəstələrinin sayı açıqlandı

  • 2020.09.09 17:26
  • 1796 Baxış
Reanimasiyada olan COVID-19 xəstələrinin sayı  açıqlandı

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) sentyabrın 9-na olan məlumata əsasən, reanimasiyada və süni tənəffüs aparatında olan koronavirus xəstələrinin sayını açıqlayıb.

Medicina.az xəbər verir ki, hazırda xəstələrin 139-u reanimasiyadadır. 15 xəstə isə süni tənəffüs cihazına qoşulub.

Ümumilikdə 2 058 xəstənin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Qeyd edək ki, Azərbaycanda koronavirusa yoluxanların sayı 37 732 nəfərə, sağalanların sayı 35 119 nəfərə, vəfat edənlərin sayı isə 555 nəfərə çatıb.