Reanimasiyada olan COVID-19 xəstələrinin sayı açıqlandı

  • 2020.09.10 16:46
  • 1800 Baxış
Reanimasiyada olan COVID-19 xəstələrinin sayı  açıqlandı

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) sentyabrın 10-a olan məlumata əsasən, reanimasiyada və süni tənəffüs aparatında olan koronavirus xəstələrinin sayını açıqlayıb.

Medicina.az xəbər verir ki, hazırda xəstələrin 138-i reanimasiyadadır. 14 xəstə isə süni tənəffüs cihazına qoşulub.

Ümumilikdə 2 049 xəstənin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Qeyd edək ki, Azərbaycanda koronavirusa yoluxanların sayı 37 874 nəfərə, sağalanların sayı 35 269 nəfərə, vəfat edənlərin sayı isə 556 nəfərə çatıb.