Reanimasiyada olan koronaviruslu xəstələrin sayı açıqlandı

  • 2020.07.19 00:58
  • 13271 Baxış
Reanimasiyada olan koronaviruslu xəstələrin sayı açıqlandı
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyulun 18-nə olan statistik göstəriciləri açıqlayıb.

Medicina.az xəbər verir ki, məlumata əsasən hazırda ölkədə 8334 nəfər aktiv koronavirus xəstəsi var.

Onlardan 333 nəfər reanimasiyada, 63 nəfər isə süni tənəffüs cihazındadır.

Ümumilikdə 27 133 nəfər virusa yoluxub, 18 450 nəfər sağalıb.

Qeyd olunub ki, bu gün 9 263 test edilib. Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 619 786 test aparılıb.

Qeyd edək ki, bu gün 497 koronavirusa yoluxma faktı qeydə alınıb, 8 nəfər dünyasını dəyişib, 645 nəfər sağalıb.

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Zəka” Ziyalılar Məclisi İctimai Birliyi tərəfindən həyata keçirilən “COVİD-19 pandemiyası ilə bağlı əhaliyə tibbi və psixoloji informasiya dəstəyinin təşkili” layihəsi çərçivəsində yayımlanıb.