Reanimasiyadakı xəstələrin sayı açıqlandı

  • 2020.09.06 20:02
  • 1908 Baxış
Reanimasiyadakı xəstələrin sayı açıqlandı
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) reanimasiyada və süni tənəffüs aparatında olan koronavirus xəstələrinin sayını açıqlayıb.

Medicina.az xəbər verir ki, hazırda xəstələrin 130-u reanimasiyadadır.

Məlumata görə, 11 xəstə isə süni tənəffüs cihazına qoşulub. Hazırda ümumilikdə 2 076 xəstənin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.