Reanimasiyadakı xəstələrin sayı artdı

  • 2020.09.07 21:23
  • 1835 Baxış
Reanimasiyadakı xəstələrin sayı artdı
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı sentyabrın 7-nə olan statistik göstəriciləri açıqlayıb.

Medicina.az xəbər verir ki, məlumata əsasən hazırda ölkədə 2 030 nəfər aktiv koronavirus xəstəsi var.

Onlardan 139 nəfər reanimasiyada, 12 nəfər isə süni tənəffüs cihazındadır. Ötən gün bu rəqəmlər müvafiq olaraq 130 və 11 idi.

Ümumilikdə 37 418 nəfər virusa yoluxub, 34 837 nəfər sağalıb, 551 nəfər vəfat edib.

Bu gün 3 936 test edilib. Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 967 040 test aparılıb.

Qeyd edək ki, bu gün 89 koronavirusa yoluxma faktı qeydə alınıb, 132 nəfər sağalıb, 3 nəfər ölüb.