"Reanimasiyadakılar 30-40 yaş arası insanlardır"

  • 2021.04.30 15:37
  • 1243 Baxış
"Reanimasiyadakılar 30-40 yaş arası insanlardır"
“Koronaviruslu xəstələrlə işlədiyim zaman müşahidələrimə əsasən, kişi və qadın nisbəti eyni idi”.

Medicina.az xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin müəllimi, cərrah Rauf Qasımov "Stasionar şəraitdə COVID-19" mövzusunda çıxışında deyib.

O bildirib ki, xəstələr əvvəl daha çox 50 yaşdan yuxarı idi: “Burada 60 yaşdan yuxarı şəxslər daha üstünlük təşkil edirdi. Hazırda cavan adamların yanaşı ciddi xəstəliyi olmasa belə, vəziyyəti ağırlaşır və reanimasiyaya düşür. Həyatını itirənlər də var. Bunlar daha çox 30-40 yaş arası insanlardır”.

Həkim qeyd edib ki, 2021-ci ilin əvvəlindən, əsasən mart-aprel aylarından koronavirusun üçüncü dalğası zamanı xəstəxanaya müraciət edənlərdə klinika ağır olur.