Rəfael Dadaşovdan XƏBƏR VAR

  • 2019.12.12 17:11
  • 3241 Baxış
Rəfael Dadaşovdan  XƏBƏR VAR
Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilən Xalq artisti Rəfael Dadaşovun vəziyyəti normallaşıb.

Medicina.az xəbər verir ki, bu barədə Mərkəzi Neftçilər Xəstəxanasından məlumat verilib.

Məlumatda bildirilir ki, Xalq artistinin vəziyyəti normaldır və palata şəraitində müalicəsini davam etdirir: "Özünü yaxşı hiss edir. Müalicəsi davam etdirilir. Şənbə günü evə buraxılacaq".

Xatırladaq ki, dekabrın 2-də axşam saatlarında xalq artisti Rəfael Dadaşov Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib.

Ona ürəyin işemik xəstəliyi infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyi diaqnozu qoyulub.