Rəmiş COVID-19-dan ölüb: Həyat yoldaşı hazırda korona xəstəsidir

  • 2021.04.05 16:55
  • 2498 Baxış
Rəmiş COVID-19-dan ölüb:  Həyat yoldaşı hazırda korona xəstəsidir
Xalq artisti Rafiq Hüsüynov (Rəmiş) COVID-19 virusundan vəfat edib.

Medicina.az xəbər verir ki, bunu Lent.az-a açıqlamasında Bakı Sağlamlıq Mərkəzinin İcraçı direktoru Asiman Həsənov bildirib.


İcraçı direktor qeyd edib ki, Rafiq Hüseynov (Rəmiş) ilk günlər xəstəxanaya gələrkən koronavirus infeksiyasına yoluxmamışdı:

"O, qaraciyər serrozundan və ağ ciyər xəstəliklərindən əziyyət çəkirdi. Novruz bayramı ərəfəsində həyat yoldaşı Gülü xanım yanına gəlib-getdi və bundan sonra o səhhətindəki şikayətlər çoxaldı. Müalicə gedişatında Rafiq Hüseynovun COVID-19 xəstəsi olduğu məlum oldu. Koronavirusa yoluxması onun yanaşı xəstəliklərini daha da şiddətləndirdi”.

Asiman Həsənov bildirir ki, Xalq artisitinin həyat yoldaşı Gülü Hüseynova hazırda COVID -19 xəstəsidir.