Rəmişin həyat yoldaşı: "Yalnız qapıdan baxıb gedirəm"

  • 2021.02.23 17:18
  • 1842 Baxış
Rəmişin həyat yoldaşı:  "Yalnız qapıdan baxıb gedirəm"

Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) müalicəsi davam edir.

Medicina.az xəbər verir ki, bu barədə Kult.az-a açıqlamasında Rafiq Hüseynovun həyat yoldaşı Güllü Hüseynova deyib.

“Palataya nə zaman köçürüləcəyini bilmirəm. Həkimlər hələ bir söz demir. Reanimasiyada olduğuna görə məni içəri buraxmırlar. Səhərlər yalnız qapıdan baxıb gedirəm”, - o bildirib.

Qeyd edək ki, xalq artistinin müalicəsi Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın nəzarətindədir.