Rəmişin ölüm səbəbi açıqlandı

  • 2021.04.06 12:38
  • 1917 Baxış
Rəmişin ölüm səbəbi açıqlandı
Səhiyyə Nazirliyi ötən gün vəfat edən Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) ölüm səbəbini açıqlayıb.

Medicina.az -ın xəbərinə görə, qurumdan bildirilib ki, o, COVID-19-dan vəfat edib:

“Bakı Sağlamlıq Mərkəzinin direktorunun Səhiyyə Nazirliyinə verdiyi məlumata görə, qaraciyər və ağciyərlərinin xroniki xəstəliklərindən əziyyət çəkən xalq artisti koronavirusdan dünyasını dəyişib”.

Xatırladaq ki, mərhumun xanımı Gülü Hüseynova bugünkü açıqlamasında öz və həyat yoldaşının koronavirusa yoluxmadığını açıqlamışdı.