Rəmişin vəziyyəti necədir? - AÇIQLAMA

  • 2021.02.11 11:36
  • 1932 Baxış
Rəmişin vəziyyəti necədir? -  AÇIQLAMA

"Xalq artisti Rafiq Hüseynov (Rəmiş) müalicəsini Bakı Sağlamlıq Mərkəzinin (BSM) intensiv terapiya şöbəsində davam etdirir".

Bunu “Report”a açıqlamasında BSM-in şöbə müdiri Cavid Paşayev bildirib.

Şöbə müdirinin sözlərinə görə, əvvəlki günlərlə müqayisədə huşu aydınlaşıb və qaraciyər göstəriciləri yaxşılaşmağa doğru gedir: “Həkimlər bu gün Rəmişi müayinə edəcək və hər şey qaydasında olsa, palataya köçürüləcək”.

Xatırladaq ki, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva xalq artistinin müalicəsi üçün göstəriş verib. Rəmiş yanvarın 28-də ağır vəziyyətdə xəstəxanaya gətirilib. O, qaraciyər çatışmazlığından əziyyət çəkir.