Reseptlərin yeni yazılma qaydaları müəyyənləşir

  • 2024.03.12 14:41
  • 547 Baxış
Reseptlərin yeni yazılma qaydaları  müəyyənləşir

Klinik protokollar reseptlər yazılarkən əsas götürüləcək.

APA-nın xəbərinə görə, bu, “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, klinik protokol həkim və ya feldşer tərəfindən hər hansı xəstəlik və ya xəstəlik əlamətləri zamanı tibbi yardım göstərilməsi ilə bağlı qərar qəbul edilməsində istifadə edilən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi qaydalar toplusudur.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) klinik protokolları hazırlayır, onların elektron bazasını yaradır və özünün rəsmi internet səhifəsində yerləşdirir.

Klinik protokollar reseptlər yazılarkən əsas götürüləcək