Rezidenturaya əlavə yerləşdirmə ilə qəbul olanların qeydiyyatı başladı

  • 2025.09.08 15:04
  • 102 Baxış
Rezidenturaya əlavə yerləşdirmə ilə qəbul olanların   qeydiyyatı başladı


Rezidenturaya əlavə yerləşdirmə ilə qəbul olunanların qeydiyyatına start verilir



Ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidentura səviyyəsinə əlavə yerləşdirmə (II tur) ilə qəbul olunan şəxslərin elektron qeydiyyat prosesinə 10 sentyabr saat 11:00-da start veriləcək.

"Medicina" xəbər verir ki, namizədlər https://portal.edu.az/ saytında qeydiyyatdan keçərək “Ali və orta ixtisas təhsili pilləsinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər.

Elektron sistem üzrə qeydiyyat 17 sentyabr saat 18:00-da yekunlaşacaq.

Müvafiq xidmətdən istifadə etməklə qeydiyyatdan keçməyən və təhsil müəssisəsindən təsdiq almayan şəxslər qəbul olunanların siyahısından xaric olunacaqlar.