Rezidenturaya qəbul olanlara dair - ELAN

  • 2019.07.19 15:55
  • 4173 Baxış
Rezidenturaya qəbul olanlara dair -  ELAN

2019/2020-ci Tədris ili üçün rezidenturaya qəbul olanların nəzərinə!




2019/2020-ci tədris ili üçün Azərbaycan Tibb Universiteti və Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rezidenturasına qəbul olmuş şəxslər Dövlət İmtahan Mərkəzinin elektron xidməti çərçivəsində yaradılmış "Şəxsi kabinet”inin istifadəçi adını, namizədin elektron ərizəsinin iş nömrəsini və aşağıdakı siyahıda göstərilən sənədləri 29.07.2019-cu il tarixindən 02.08.2019-cu il tarixinədək  Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə təqdim edərək, nazirliklə mülki-hüquq müqaviləsi bağlamalı və qeydiyyatdan keçməlidirlər.




Rezidenturaya qəbul olmuş şəxslərin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndiriləcəkdir.




Rezidenturaya qəbul olmuş şəxslər qeydiyyatdan keçmək üçün aşağıdakı sənədlərin əslini və surətini şəxsən təqdim etməlidirlər:




1. Azərbaycan Respublikasının vətəndaşları – şəxsiyyət vəsiqələrini, əcnəbilər – pasportlarını və (və ya) icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər – yaşadıqları ölkənin hüdudlarından kənara getmək üçün onlara verilən sənədləri və ya icazə vəsiqələrini, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər – şəxsiyyət vəsiqələrini, qaçqın statusu almış şəxslər və onların ailə üzvləri –  qaçqın vəsiqələrini, onlara verilmiş yol sənədini, beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda digər sənədləri və ya icazə vəsiqələrini;




2. Baza ali tibb təhsili haqqında sənədi: cari ilin məzunları – təhsil müəssisəsi tərəfindən verilən arayışı, əvvəlki illərin məzunları – diplomu;




3. Xarici ölkələrdə ali təhsil almış şəxslər - Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilən ixtisasın tanınmasını və ekvivalentliyinin müəyyən edilməsini təsdiq edən sənədləri;




4. Xarici ölkələrdə ali ixtisas təhsili almış, diplomdan sonra ixtisaslaşma keçmiş Azərbaycan Respublikasının vətəndaşları olan həkimlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilən "Tibbi və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması barədə şəhadətnamə”ni.







Tarix və saat




İxtisas




29 iyul




09.30-13:00




Pediatriya 




Uşaq  cərrahiyyəsi  




Otorinolarinqologiya   







14:00-16:30




Mamalıq-ginekologiya    




Ürək-damar cərrahiyyəsi

 

Neyrocərrahiyyə 




Allerqologiya 




Üz-çənə cərrahiyyəsi







30  iyul




09.30-13:00




Travmatologiya-ortopediya




Anesteziologiya-reanimatologiya  2




Onkologiya




Dermatovenerologiya




Urologiya      







14.00-16:30




Nevrologiya       




Ümumi cərrahiyyə




Nefrologiya       




 

31  iyul




09.30-13:00




Fizioterapiya və tibbi bərpa 




Yoluxucu  xəstəliklər 




Psixiatriya 




14.00-16:30




Kardiologiya




Narkologiya  




Endokrinologiya




Sosial  gigiyena və səhiyyənin təşkili







1 avgust




09.30-13:00







Şüa diaqnostikası 




Terapiya     

     




14.00-16:30




Stomatologiya




Mikrobiologiya







 2  avgust




09.30-13:00




Laboratoriya işi

Oftalmologiya

Plastik cərrahiyyə

Hematologiya 

Revmatologiya

 




14.00-16:30




Epidemiologiya    

Gigiyena

Ftiziatriya

Qastroenterologiya




 

Patoloji anatomiya, məhkəmə-tibbi eksperti