Rezus uyğunsuzluqdan diri doğulan körpənin yaşamaq mücadiləsi – Həkimdən AÇIQLAMA

  • 2021.11.19 18:11
  • 3007 Baxış
Rezus uyğunsuzluqdan diri doğulan körpənin yaşamaq mücadiləsi  – Həkimdən AÇIQLAMA

Cütlüklərdə rezus faktorunun uyğunsuzluğundan hamiləliklər çox zaman acı sonluqla nəticələnir.
Ailənin övladı yoxdur, 4-cü hamiləlikdir, bundan öncəkilər vəfat edib.

Medicina.az xəbər verir ki, ATU tədris –cərrahiyyə klinikasının neanotologiya şöbəsinin rəhbəri, həkim neanotoloq Aygün Rüstəmxanlı ağır vəziyyətdə olan yenidoğulmuşun müalicəsi barədə açıqlama verib.

“Bizim klinikaya hidropsla, fetal anemiya ilə doğuş fəaliyyətinin başlaması ilə müraciət edilmişdir. Təbii doğuşla bu vəziyyətdə diri doğulma nadir görüldüyü üçün komandamız səfərbər oldu.
Elə doğum zalındaca körpə intubə edildi.

İlkin diaqnoz hidrops fetalis anemiya, assit RDS, yanaşı problemləri böyrək yetməzliyi, infeksion markerlərin yüksəlməsi, ürək problemləri, koaqulopatiya və s.

3000 qr yenidoğulmuş körpənin 1500 qramı elə maye, ödemdir, toxumalar arası mayenin miqdarı təsəvvür edilməz dərəcədədir.

Körpəmiz 2 sutkadır yaşayır, mücadilə edir. Gerisi Allahın əlindədir.
Biz lazımi müalicə, müayinələri davam etdiririk, ümidliyik.


Qeyd edim ki, bu vaxta qədər 36 həftəlik bənzər doğulmuş bənzər diqnozlu körpə xəstəmiz olmuşdu. Bu gün həmin körpə 2 yaşında, sağlam şəkildə ailəsinin yanındadır”.