Ronaldo koronavirusa yoluxdu

  • 2020.10.13 18:38
  • 5023 Baxış
Ronaldo koronavirusa yoluxdu
İtaliyanın "Yuventus" klubunun və Portuqaliya millisinin futbolçusu Kristiano Ronaldo koronavirusa yoluxub.

Medicina.az xəbər verir ki, bu barədə Portuqaliya Futbol Federasiyası məlumat yayıb. 35 yaşlı hücumçunun testi müsbət nəticə verib. Təcrübəli forvard karantinə alınıb.


Beləliklə, Ronaldo sabah Millətlər Liqasında İsveçlə matçı buraxacaq.

Qeyd edək ki, Kristiano Ronaldo A Seriyasının növbəti turunda "Krotone" (17 oktyabr) və UEFA Çempionlar Liqasının qrup mərhələsinin ilk oyununda Ukrayna "Dinamo"su (Kiyev) ilə görüşdə iştirak edə bilməyəcək.