Ruhla sevgili olduğunu iddia edir

  • 2020.11.03 15:13
  • 20030 Baxış
Ruhla sevgili olduğunu iddia edir

36 yaşlı amerikalı Harri de Noya iki il ərzində Liza adlı bir ruhla görüşdüyünü etiraf edib. Onun sözlərinə əsasən, qeyri-adi cütlük son vaxtlar digər ruhların iştirakı ilə qəribə "şənliklər" təşkil edir.

Belə ki, Harri koronavirus səbəbiylə yaranan karantin fonunda paranoid düşüncələrə düşdüyünü, məsələn, ruh sevgilisinin onu aldatdığını düşünməyə başladığını danışıb.

Sonra, onun sözlərinə görə, Liza ruh dostlarını evlərinə gətirməyə başlayıb. O zaman cütlük "əxlaqsız şənliklər" qurmağa qərar verib. Həmin şənlikdə guya çılpaq rəqs edən ruhlar intim əlaqədə olurlar.

Daha öncə britaniyalı qadın da ruhla münasibətlərindən danışıb. O, hətta onunla ailə qurmağı da planlaşdırdığını, lakin ruhun Taylanda səyahət zamanı "pis mühitə" düşüb narkotika "qurşandığı" üçün toy məclisinin baş tutmadığını deyib.