Rus həkimlər meymun çiçəyinin simptomlarını açıqladı

  • 21 May 2022 14:28
  • 1702 Baxış
Rus həkimlər meymun çiçəyinin simptomlarını    açıqladı

Yeni çiçək virusu dünyanı dolaşır, artıq Avstraliya və Asiyada ümumilikdə 50-ə yaxın yoluxma qeydə alınıb.


Bakupost.az xəbər verir ki, əvvəl meymunlarda olan virus insanlar üçün təhlükəli həddə gəlib. Xəstəliyin yoluxmadan sonra gizli inkubasiya dövrü 3 həftədir.


Ona görə insan özündən şübhələnmədən, bu 3 həftə ərzində çoxlu insanı yoluxdura bilər.

Rusiyanın Milli virusologiya elmi mərkəzinin direktor müavini Tatyana Nepomnyaşiya xəstəliyin ilkin və sonrakı əlamətlərini, gedişatını açıqlayıb:


“Başlanğıc periodda 5 günə kimi titrətmə, güclü baş ağrısı, bədən ağrısı, əzələ ağrısı, limfa düyünlərin iltihabı, zəiflik, sonra isə üzdə, bütün bədəndə qabarcıqlı səpkilər müşahidə edilir.

Ölüm faizi yüksəkdir, cəmi 3 həftə ərzində baş verə bilir.

Britaniyada həkimlər yoluxanların çoxunun homoseksuallar və biseksuallar olduğunu açıqlayıb. Bu da SPİD-də olduğu kimidir. Deməli, daha çox yaxın bədən təması və cinsi yolla keçir”.

Hazırda ölkələr xəstəliyə qarşı effektiv dərman və vaksinin hazırlanması üçün səfərbər olub.


Aygün Musayeva
BakuPost