Rusiya da elan etdi - Koronavirusa qarşı peyvənd hazırlanır

  • 2020.02.26 19:02
  • 2431 Baxış
Rusiya da elan etdi -  Koronavirusa qarşı peyvənd hazırlanır
“Rusiyalı alimlər koronavirus infeksiyasına qarşı peyvəndin beş prototipini hazırlayır”.

Bunu jurnalistlərə açıqlamasında Rusiya Baş Nazirinin müavini Tatyana Qolikova deyib.

Onun sözlərinə görə, bu istiqamətdə iş hazırlıq mərhələsindədir.

“Konkret nəticələr əldə edildikdən sonra, bu barədə məlumat veriləcək”, - deyə Baş Nazirin müavini vurğulayıb.