Rusiya MDB ölkələrinə koronavirus testləri tədarük etdi

  • 2020.11.06 16:39
  • 9542 Baxış
Rusiya MDB ölkələrinə koronavirus testləri tədarük etdi

Rusiya bütün MDB ölkələrinə koronavirus testləri tədarük edib.

Bunu ölkənin Baş naziri Mixail Mişustin MDB ölkələrinin Dövlət başçıları Şurasının iclasında deyib.

O bildirib ki, hazırda xarici ölkələrə Rusiya istehsalı olan vaksinlərin tədarükü ilə bağlı işlər aparılır.

Qeyd edək ki, bu günədək Rusiyada koronavirusa qarşı iki vaksin qeydiyyatdan keçirilib.