Rusiya Ukraynananı virus yaymaqda ittiham edir - Ukrayna Səhiyyə naziri

  • 2022.03.11 14:50
  • 1197 Baxış
Rusiya Ukraynananı virus yaymaqda ittiham edir  - Ukrayna Səhiyyə naziri

Rusiya Ukrayna laboratoriyalarında bioloji silah istehsalı ilə bağlı məlumatlar yayır.

Buna görə də Ukraynanın səhiyyə naziri Viktor Lyaşko Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələrini bu məlumatları təkzib etməyə çağırıb.

Nazir təşkilatın Ukraynadakı nümayəndəsi Yarno Habixt, ÜST-nin Avropa üzrə regional direktoru Hans Kluge və birbaşa ÜST-nin rəhbəri Teodor Qebreisusa müraciət edib.

O, bildirib ki, Rusiya Federasiyası Ukraynanı yeni xəstəliklərin ştammlarını yaratmaqda ittiham edir.

Nazirin sözlərinə görə, ÜST, təşkilatın Avropa regional və Ukrayna ofisləri uzun illərdir ki, Ukraynanın ictimai səhiyyə sisteminə kömək edir.

“Onlar həmçinin xeyli müddətdir ki, COVID-19 pandemiyasının başlanmasından bəri fəaliyyətin qiymətləndirilməsi, işçi heyətinin təlimi və avadanlıqla bağlı köməklik göstərirlər. İndi isə Rusiya tərəfi bu avadanlığın mövcudluğu faktlarına əsaslanaraq, artıq Ukraynanı virus yaratmaqda ittiham edir”, - deyə nazir bildirib.

Buna görə də səhiyyə naziri tərəfdaşlarını rəsmi açıqlama verməyə və Ukraynada bioloji silahların mövcudluğuna etiraz etməyə çağırıb.