Rusiya xaricdən gələnləri 2 həftəlik karantinə alacaq- Omikrona görə

  • 2021.12.03 14:52
  • 1423 Baxış
Rusiya xaricdən gələnləri 2 həftəlik karantinə alacaq - Omikrona görə


Rusiya bu gündən etibarən “Omikron” aşkarlanmış bütün ölkələrdən Rusiyaya gələn hər kəsi 2 həftəlik karantinə alacaq.

Medicina.az xəbər verir ki,bu barədə Rospotrebnadzorun rəhbəri Anna Popova bildirib.


“Rusiya Omikron virusunun yayıldığı ölkələrlə aviauçuşları dayandırmır, lakin vətəndaşlarımız xəbərdarlıq və riskə baxmayaraq o ölkələrə gedib qayıdarlarsa, dərhal karantinə göndəriləcəklər. Biz bu addımı atmağa məcburuq. Operativ məlumata görə, yüzlərlə rusiyalı o ölkələrdən qayıdır və qayıdacaq.


PZR testin müddətini isə 3 sutkadan 2 sutkaya endirdik. Ölkə əhalisini sürətlə yayılan Omikrona qarşı qoruma tədbirləri davam edəcək”.