Rusiyada 1 sutkada 612 nəfər koronadan öldü

  • 2021.01.21 14:03
  • 1423 Baxış
Rusiyada 1 sutkada 612 nəfər koronadan öldü

Rusiyada son bir gündə daha 21 887 nəfərə COVID-19 diaqnozu qoyulub.

“Medicina” xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 3 655 839 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 612 nəfər artaraq 67 832-yə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 3 054 218 nəfər sağalıb.