Rusiyada 25 487 nəfər COVID-19-a yoluxdu

  • 2020.11.26 11:53
  • 952 Baxış
Rusiyada 25 487 nəfər COVID-19-a yoluxdu

Rusiyada son sutka ərzində daha 25 487 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Operativ Qərargahın verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların 2 187 990 nəfərə çatıb.

Son sutka ərzində 524 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 38 062 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.