Rusiyada 28 145 nəfər COVID-19-a yoluxdu

  • 2020.12.03 12:07
  • 986 Baxış
Rusiyada 28 145 nəfər COVID-19-a yoluxdu

Rusiyada son bir gündə daha 28 145 nəfərə COVID-19 diaqnozu qoyulub.

Bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 2 375 546 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 554 nəfər artaraq 41 607-yə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 1 859 851 nəfər sağalıb.