Rusiyada 28 209 nəfər koronavirusa yoluxdu

  • 2020.12.19 12:01
  • 1069 Baxış
Rusiyada 28 209 nəfər koronavirusa yoluxdu

Rusiyada son sutka ərzində daha 28 209 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Operativ Qərargahın verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların 2 819 429 nəfərə çatıb.

Son sutka ərzində 585 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 50 347 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan və Brazilyadan sonra dördüncü yerdə gəlir.