Rusiyada 3 kafedə yeyib-içənlər hepatitə yoluxdu – Kuryoz olay

  • 2023.01.11 14:57
  • 1686 Baxış
Rusiyada 3 kafedə yeyib-içənlər hepatitə yoluxdu  – Kuryoz olay


Rusiyanın Çelyabinsk əyalətində 17 nəfər hepatit A- sarılıq diaqnozu ilə hospitəlizə olunub.

“Bakupost” xəbər verir ki, Yeni il günlərində bu kafelərdə nahar edib, yeyib içən müştərilərdə kütləvi A hepatiti aşkarlanıb.

Rospotrebnadzor epidemioloji tədqiqat aparıb və 3 ictimai iaşə müəssisəsində qida zənciri pozulmaları aşkarlayıb.
Bütün işçilər tibbi müayinədən keçirilib.

Eləcə də işçilər və müştərilən kontaktda olduğu insanlar dairəsi müəyyənləşdirilib.

Qurum bir çox kafelərdə qida, su və maddələri yoxlayır, məkanları dezinfeksiya edir.

Qeyd edək ki, sarılıq kimi tanınan A hepatiti yoluxucudur, ictimai iaşə müəssisələrində xəstə adamlar olarsa qida, su ilə yoluxur.

O, digər hepatitlər kimi qaraciyəri zədələməsə də, ağır sarılıq ölümə belə səbəb ola bilər.

Aygün Musayeva