Rusiyada 454 nəfər virusun qurbanı oldu

  • 2021.01.08 14:17
  • 1044 Baxış
Rusiyada 454 nəfər virusun qurbanı oldu

Rusiyada son bir gündə daha 23 652 nəfərə COVID-19 diaqnozu qoyulub.

Medicina.az xəbər verir ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 3 355 794 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 454 nəfər artaraq 60 911-ə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 2 731 129 nəfər sağalıb.