Rusiyada COVID-19-a yoluxanların sayı artır - 12 846 nəfər

  • 2020.10.10 12:00
  • 1669 Baxış
Rusiyada COVID-19-a yoluxanların sayı artır  - 12 846 nəfər

Rusiyada son bir gündə daha 12 846 nəfərə COVID-19 diaqnozu qoyulub.

Medicina.azxəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 1 285 084 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 197 nəfər artaraq 22 454-ə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 1 016 202 nəfər sağalıb.

Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 4 105 nəfər.