Rusiyada COVID-19-dan ölənlərin sayı 15 mini ötdü

  • 10 Avq 2020 11:44
  • 852 Baxış
Rusiyada COVID-19-dan ölənlərin sayı 15 mini ötdü
Rusiyada son sutka ərzində daha 5118 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Medicina.az xəbər verir ki, Rusiyada COVID-19-a yoluxanların sayı 892 654 nəfərə çatıb.

Son sutka ərzində 70 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 15 001 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Braziliya, Hindistandan sonra dördüncü yerdə gəlir.


X