Rusiyada COVID-19-dan ölüm sayı 66 623-ə çatdı

  • 2021.01.19 12:15
  • 1213 Baxış
Rusiyada COVID-19-dan ölüm sayı 66 623-ə çatdı

Rusiyada son bir gündə daha 21 734 nəfərə COVID-19 diaqnozu qoyulub.

“Medicina” xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 3 612 800 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 586 nəfər artaraq 66 623-ə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 3 002 026 nəfər sağalıb.