Rusiyada daha 11 493 nəfər koronavirusa yoluxdu

  • 2020.10.08 12:44
  • 2783 Baxış
Rusiyada daha 11 493 nəfər koronavirusa yoluxdu

Rusiyada son sutka ərzində daha 11 493 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Medicina.az xəbər verir ki, Operativ Qərargahın məlumatına görə, Rusiyada COVID-19-a yoluxanların sayı 1 260 112 nəfərə çatıb.

Son sutka ərzində 191 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 22 056 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.