Rusiyada daha 110 nəfər COVID-19-dan öldü

  • 2020.09.05 12:57
  • 2026 Baxış
Rusiyada daha 110 nəfər COVID-19-dan öldü

Rusiyada son sutkada 5 205 nəfər koronavirusa yoluxub.

Medicina.az xəbər verir ki, məlumatı ölkənin Operativ Qərargahı yayıb.

Bununla da Rusiyada COVID-19-a yoluxanların ümumi sayı 1 020 310 nəfərə çatıb. Son sutkada 110 nəfər virusdan ölüb və koronavirusdan vəfat edənlərin sayı 17 759 nəfərə yüksəlib. 838 126 pasiyent koronavirusdan sağalıb.