Rusiyada daha 16 710 nəfər COVİD-19-a yoluxdu

  • 2020.10.26 10:51
  • 1212 Baxış
Rusiyada daha 16 710 nəfər COVİD-19-a yoluxdu

Rusiyada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 16 710 nəfər yoluxub.

Bu barədə ölkənin COVİD-19-la mübarizə üzrə operativ qərargahından bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 1 513 877 nəfərə çatıb. Aktiv xəstə sayı 349 305 nəfərdir.

Bildirilir ki, ötən sutka koronavirusdan 229 nəfər ölüb, 7 704 nəfər isə sağalıb. Hazırkı dövrədək sağalanların ümumi sayı 1 138 552 nəfər, ölənlərin ümumi sayı isə 26 050 nəfər təşkil edir.