Rusiyada daha 160 nəfər koronavirusdan öldü

  • 2020.09.29 12:16
  • 1740 Baxış
Rusiyada daha 160 nəfər koronavirusdan öldü

Rusiyada son bir gündə daha 8 232 nəfərə COVID-19 diaqnozu qoyulub.

Medicina.az xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 1 167 805 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 160 nəfər artaraq 20 545-ə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 952 399 nəfər sağalıb.

Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 2 300 nəfər.