Rusiyada daha 17 717 nəfər COVID-19-a yoluxdu

  • 2020.10.29 13:28
  • 1133 Baxış
Rusiyada daha 17 717 nəfər COVID-19-a yoluxdu

Rusiyada son sutka ərzində daha 17 717 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Medicina.az xəbər verir ki, Operativ Qərargahın məlumatına görə, Rusiyada COVID-19-a yoluxanların sayı 1 581 693 nəfərə çatıb.

Son sutka ərzində 366 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 27 301 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.